Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Həzi oğlu Məmmədov dünən saxlanılıb.
İlkin ehtimala görə, o, hadisəni qısqanclıq zəmnində törədib.
Qeyd edək ki, aprelin 8-də gecə saatlarında Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda ər arvadını övladının gözü qarşısında bıçaqlayıb.
F. Şəfiyeva ağır bıçaq xəsarətlərilə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.