Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, prezident Co Bayden Rusiya ilə əməkdaşlıq məsələlərini müzakirə etməyə hazırdır.
Bu barədə TASS məlumat yayıb.
Ağ Ev sözcüsü Baydenin tərəflər arasındakı zidiyyətlər barədə də fikir mübadiləsi aparmağa hazır olduğunu bəyan edib.
“ABŞ prezidenti öz mövqeyindən geri çəkilməyib. O, xaker hücumlarından, seçkilərə müdaxilələrdən, həmçinin Əfqanıstanda ABŞ hərbçilərinə qarşı təşkil olunan hücumların maliyyələşdirilməsindən narahatdır. Prezident bütün bu məsələləri birbaşa Putinin özüylə müzakirə etməyə hazırdır”, - deyə Psaki bildirib.