Baydenlə Conson Ukraynadakı vəziyyəti müzakirə ediblər

Boris Conson və Co Bayden arasında Ukrayna ilə bağlı telefon danışığı olub.

Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Downing Street"in yaydığı məlumatda bildirilib.

Baş Nazir və Prezident Bayden dünya liderləri ilə apardıqları son müzakirələr haqqında bir-birlərini məlumatlandırıblar. Bildirilib ki, Ukraynaya qarşı təhdidlərindən geri çəkilmək və diplomatik pəncərədən istifadə etmək üçün Rusiyanın hələ də imkanları var.

"Liderlər vurğulayıblar ki, Ukraynaya hər hansı növbəti müdaxilə Rusiya üçün uzunmüddətli böhranla nəticələnəcək, bu həm Rusiya, həm də dünya üçün böyük ziyan vuracaq",- deyə məlumatda bildirilir.

Liderlər razılaşıblar ki, qərb müttəfiqləri Rusiyanın təhdidləri qarşısında bir olmalı və Rusiyanın təcavüzü artdığı halda ciddi sanksiyalar paketi tətbiq edilməlidir.

Onlar həmçinin Avropa ölkələrinin Rusiya qazından asılılığını azaltması zərurətini təkrarlayıblar. Bildiriblər ki, bu, hər kəsdən daha çox Rusiyanın strateji maraqlarıa zərbə vuracaq.

Baş Nazir və Prezident Bayden vəziyyətlə baxğlı sıx əlaqə saxlamaq haqqında razılığa gəliblər.