AZAL-ın borcu 650 milyonu ötdü

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) dövlət zəmanəti altında cəlb edilən borclarının həcmi 650 milyon manatı ötür.

 

Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında AZAL-ın aviaparkının yenilənməsi zərurəti barədə bəzi deputatların bəyanatlarına cavab verərkən deyib.

 

Onun sözlərinə görə, bu vəsaitlər yeni təyyarələrin alınması üçün nəzərdə tutulub.

 

S.Şərifov qeyd edib ki, AZAL-ın dəstəklənməsi hökumətin həmişə diqqət mərkəzindədir:

 

"QSC hökumətdən mütəmadi olaraq müxtəlif yardımlar alır".sabahinfo.az