Cari ilin yanvar-may aylarında Azərbaycanda istehlakçılara 10 999,2 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çox məhsul satılıb.
sabahinfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,5% artaraq 5 479,4 mln. manata, qeyri-ərzaq məhsulları üzrə isə 0,7% artaraq 5 519,8 mln. manata bərabər olub.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabılar, 6,5%-i elektrik malları və mebel, 5,8%-i avtomobil yanacağı, 1,4%-i əczaçılıq və tibbi mallar, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 18,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.