Azərbaycan neftinin son qiyməti

Hərracların nəticələri açıqlandı.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftinin qiyməti ucuzlaşıb.

sabahinfo.az xəbər verir ki, "AzeriLight” markalı neftin qiyməti 0,45 dollar və yaxud 0,89% azalaraq bir barelə görə 50,11 dollar təşkil edib.

Qeyd edək ki, "AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.