Azərbaycan manatının yanvarın 17-nə olan məzənnəsi açıqlanıb.
sabahinfo.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 17.01.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,8045 səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, bu, son iilərdə baş vermiş devalvasiyadan sonra dolların manat qarşısında ən yüksək məzənnəsidir.
Qeyd edək ki, yanvarın 16-da USD/AZN rəsmi məzənnəsi 1,7867 manat təşkil edib.