Nazirlər Kabineti "Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərarında dəyişikliklər edib.
Nazirlər Kabineti 2001-ci il 25 dekabr tarixli 200 nömrəli qərarında aşağıdakı dəyişikliklər edib:
"Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinət müəyyən edilsin”.
Bununla yanaşı, qərarın 2.2-ci hissəsindən "xüsusi” sözü çıxarılıb.