Azərbaycanlı jurnalist erməni yalanlarını efirdə üzə çıxardı

Azərbaycanlı jurnalist Fuad Abbasov Rusiyada erməni yalanlarını üzə çıxarıb. sabahinfo.az -ın məlumatına görə, qalmaqal "Rossiya-1” telekanalında yayımlanan "Voskresnıy veçer” verilişində baş verib. Proqramda Yevgeni SatanovskiVladimir JirinovskiSemyon Baqdasarov kimi tanınmışlar da iştirak ediblər.Aparıcı Vladimir Solovyov verilişə dəvət etdiyi qonaqlarla qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin Almaniya Bundestaqı tərəfindən qəbul edilməsini, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini müzakirə edib.

Maraqlısı ondadır ki, aparıcı Fuad Abbasova danışmağa imkan verməyib. Fuad Abbasov ermənilərin Xocalıda törətdikləri qırğından bəhs edib. Lakin aparıcı onun sözlərini kəsərək danışmasına imkan verməyib. 

O, baş verən hadisələrin ABŞ-ın maraqlarına uyğun olduğunu, Ərdoğanın heç bir şantaj xarakterli çıxışı olmadığını deyib. Jurnalist Ərdoğanın geosiyasətini şantaj adlandırmağın doğru olmadığını qeyd edib. 

Vladimir Jirinovski Türkiyə ilə sərhəddə vurulan "Su-24"ün qəsdən salındığını deyib. Onun sözlərinə görə, məqsəd mükəmməl əlaqələri olan Rusiya ilə Türkiyənin münasibətlərini kormalaq olub. "Amerika bizim daha da yaxınlaşacağımızdan qorxub.