Azərbaycan Dövlət İqtisad Universieti tələbələrinin təşkilatçılığı ilə 
genişmiqyaslı twitter aksiyası keçirilib. Təhsil ocağından bildirilib ki,  ölkənin 10 ali təhsil müəssisəsindən 5 minə yaxın 
tələbənin cəlb olunduğu aksiyanın keçirilməsində məqsəd aktiv istifadə 
etdilən Twitter sosial şəbəkəsi vasitəsilə 24 aprel qondarma erməni 
"soyqrımı”na qarşı böyük ifşa tədbirini həyata keçirmək və Çanaqqala 
zəfəri kimi qeyd olunan tədbirlərə dəstək göstərməkdir. Aksiya 
Türkiyənin Çanaqqala vilayətindəmüxtəlif ölkələrin dövlət və hökumət 
rəhbərlərinin iştirakı ilə qələbənin 100 illiyinə həsr edilmiş təntənəli
 mərasim ilə paralel keçirilib. Aksiyaya Türk dünyasının müxtəlif 
ölkələrindən çoxlu sayda tələbə birlikləri və qeyri-hökumət təşkilatları
 dəstək verib.