İraqın paytaxtı Bağdadda terrorçu-kamikadzenin insan izdihamı yaşanan yerdə özünü partlatması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
Bu barədə sabahinfo.Az TASS agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, partlayış yerli sakinlərin Məhərrəm ayındakı faciə ilə əlaqədar tədbir keçirdikləri çadırın içərisində törədilib.
Çadır İraq paytaxtının şimalında yerləşən Şaab rayonundakı bazarda yerləşib.