Bahalı neft erasının sona çatdığı artıq rəsmən etiraf edilməkdədir.
ANS PRESS-in məlumatına görə, Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEC) qiymətlərlə bağlı proqnozlarını hazırlayıb.
"The Wall Street Journal" OPEC-ə istinadən yazır ki, növbəti 10 ildə neftin qiyməti 100 dollardan baha olmayacaq.
Məşhur
nəşr yazır ki, ən optimist ssenariyə görə neftin qiyməti 2025-ci ildə
75 dollar səviyyəsində proqnozlaşdırılır. Və OPEC üçün hazırda 100
dollarlıq neft siyasəti gündəmdə deyil.
OPEC
yanacağın qiymətlərini tənzimləmək üçün hasilatin həcmini dəyişmək
siyasətindən artıq əl çəkib. Görünənlər onu deməyə imkan verir ki, OPEC
üzvləri neftin hazırkı qiymətlərindən məmnundurlar. Və iyun ayındakı
toplantılalarında neft hasilatının səviyyəsini indiki səviyyədə
saxlamağa planlaşdırır.