Bakıda 470 min manatlıq dələduzluq

Bakıda külli miqdarda dələduzluq faktı qeydə alınıb.

Sabahinfo.az xəbər verir ki, oxu.az-nın məlumatına görə, Məzahir və Hamlet adlı şəxslər ev almaq adı ilə Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Natiq Nadir oğlu Məmmədovdan 100 min manat, Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Fariz Səxavət oğlu Qəribovdan 170 min manat və Ağsu rayon sakini, 1969-cu il təvəllüdlü Fuad Ədalət oğlu Həsənovdan 200 min manat alıb qaytarmamaları barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət daxil olub.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.