Barbara Buş da xəstəxanaya yerləşdirilib

ABŞ-ın keçmiş prezidenti Corc Buşun xanımı Barbara Buş Texasda xəstəxanaya yerləşdirilib.

 

Sabahinfo.az-ın guardian.com-a istinadən məlumatına görə, xanım Buş uzun müddət əziyyət çəkdiyi halsızlıq və öskürək şikayətlərindən dolayı profilaktik tədbir olaraq xəstəxanada yatır.

 

Qeyd edək ki, bir gün əvvəl ABŞ-ın 41-ci eks prezidenti Corc Buş da Hyustonda xəstəxanaya yerləşdirilib. Onun pnevmaniya xəstəliyi ilə bağlı ağır tənəffüs çatışmazlığından əziyyət çəkdiyi deyilir. Hazırda 92 yaşlı Buşun səhhətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, Corc Buş 1989-1993-cü illərdə ölkəyə rəhbərlik edib.