Türkiyənin baş naziri Binali Yıldırım bu gün gözlənilmədən sabiq prezident Abdullah Gülün ofisinə baş çəkib.
Sabahinfo.Az aznews.az-a istinadən bildirir ki, proqramda nəzərdə tutulmayan görüş Abdullah Gülün İstanbul Maslakdakı ofisində keçirilib. Mətbuat nümayəndələrinin diqqətini yayındıraraq Gülün yanına gedən Yıldırımın səfəri təxminən 1 saat davam edib.
Rəsmi dairələr görüşün bir nəzakət mənası daşıdığını bildirməklə kifayətləniblər.