Britaniya Türkiyə ilə yeni saziş imzalayacaq

Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxması ilə əlaqədar Türkiyə ilə azad ticarət barədə yeni saziş imzalamaq niyyətindədir.

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ankarada rəsmi səfərdə olan  Britaniyanın XİN rəhbəri Boris Conson deyib.

 

"Türkiyə-Böyük Britaniya iqtisadi-ticarət komissiyası yaxın zamanda fəaliyyətə başlayacaq. Azad ticarət haqqında yeni sazişin imzalanması çox vacibdir”, - deyə Boris Conson türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə görüşündə bildirib.

 

Onun sözlərinə görə, Böyük Britaniya Avropadan deyil, Aİ-dən çıxır.

 

"Bu səbəbdən də biz Türkiyəni dəstəkləməkdə davam edəcəyik. Söhbət Türkiyəyə səfər edən 2,5 mln. britaniyalı turistdən getmir. Son beş il ərzində ölkələrimiz arasındakı ticarət həcmində yalnız artım müşahidə olunur”, deyə Boris Conson qeyd edib.