Sentyabrın 26-da ABŞ-da demokratlar və respublikaçılar partiyalarının prezidentliyə namizədlərinin televiziya debatı başlayacaq. sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, Hillari Klinton Donald Trampla ölkənin siyasi kurs seçimi, ABŞ-ın iqtisadi təhlükəsizliyi və təhlükəsizlik problemləri ilə bağlı mübahisə edəcəklər.
90 dəqiqəlik debat Nyu-York ştatındakı Xofstra universitetində baş tutacaq.
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.