BVF-dən neftin qiyməti ilə bağlı - Proqnoz

Neftin barelinin qiyməti 2020-ci ilə qədər 75 dollara yüksələ bilər.

sabahinfo.az  Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) açıqlama verib.

Fonddan bildirilib ki, "qara qızıl"ın qiymətinin yüksəlməsi üçün zəruri şərt OPEC - neft ixrac edən ölkələr təşkilatı üzvlərinin hasilatı gündəlik 7 mln. barel azaltmasıdır. BVF-nin hesablamalarına görə, belə olan halda OPEC-in dünya neft bazarında payı 42%-dən 35%-ə azala bilər.

Fonddan həmçinin OPEC-in 2014-cü ildən etibarən fəaliyyətini araşdıraraq bildiriblər ki, bazar payının qorunması və şist neft hasilatçılarının sıxışdırılb bazardan çıxarılması strategiyasını həyata keçirən kartel, neft bazarında sabitliyə nail olmayacaq.

BVF hesabatında vurğulayıb ki, OPEC-in hazırki hasilat həcmini sabit saxlaması halında 2020-ci ilə qədər neftin qiyməti 58 dollar/bareli keçməyəcək.

Xatırladaq ki, "Brent" markalı neftin barelinin qiyməti hazırda 47 dollara bərabərdir.