CAR prezidenti Ceykob Zuma dövlət əmlakının israf olunması ilə bağlı yaranan qalmaqal fonunda həbs olunmaqdan qorxmadığını bildirib.
sabahinfo.Az "Report"a istinadən bildirir ki,bu barədə "Frans Press" məlumat yayıb.
"Mən türmədə çox vaxt keçirmişəm. Mən həbsxanadan qorxmuram, mən orada olmuşam", - deyə Nelson Mandella ilə birgə Robbeneyland adasında 10 il həbsdə olan Zuma diqqətə çatdırıb.
Son vaxtlar hakim partiya dövlət əmlakının israf edilməsi ilə bağlı yaranan qalmaqal səbəbindən müxalifət tərəfindən təzyiqə məruz qalıb.
Zumanın prezidentlik müddəti 2019-cu ildə başa çatır.