"Türkiyə Suriyanın İŞİD terror təşkilatından tamamilə təmizlənməsini qarşısına hədəf qoyub".
Sabahinfo.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, türk ordusu məhz bu məqsədlə Suriya ərazisindədir.
O deyib: "Lakin biz hesab edirik ki, Suriyada siyasi sabitlik təmin olunmayana qədər terror təhlükəsini aradan qaldırmaq mümkün olmayacaq. Biz Suriyada sabitliyin bərqərar olmasını Əsəd hökuməti olmadan görürük. Bu məsələdə bizim Rusiya ilə mövqeyimiz fərqlənir. Amma bəzi məsələlərdə yanaşmaların fərqlənməsi normaldır".