Cənubi Koreya prezidenti Pak Kın-Xe konstitusiya islahatının aparılmasını təklif edib.
sabahinfo.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Cənubi Koreya prezidentinin sözlərinə görə, prezident səlahiyyətlərini bir müddətlə məhdudlaşdıran konstitusiya demokratiyaya keçid dövründə yararlı idi, lakin indi köhnəlib.
Konkret tədbirlər haqqında danışan dövlət başçısı bildirib ki, konstitusiya islahatı məsələsinin öyrənilməsi üçün hökumət komitəsi yaradacaq. Prezidentin nümayəndəsi təşəbbüsü şərh edərkən vurğulayıb ki, islahat keçiriləcək olsa da, Pak Kın-Xe özü bundan yararlana bilməyəcək.