Çevrilişlə əlaqəli 90 nəfər Türkiyə XİN-dən uzaqlaşdırılıb

Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədə şübhəli bilinən 89 nəfər Xarici İşlər Nazirliyindən  uzaqlaşdırılıb, 332 əməkdaşın vəzifəsinin icrası isə müvəqqəti dayandırılıb.  

 

APA-nın xəbərinə görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında bildirib.   

 

"Çevriliş cəhdindən sonra 89 nəfər XİN-də vəzifəsindən azad olunub, 332 nəfər vəzifəsindən müvəqqəti kənarlaşdırılıb və ya xaricdən geri çağırılıb. Geri çağırılanlardan 31-i Türkiyəyə qayıtmayıb”, - deyə nazir qeyd edib.