Corc Buş reanimasiyaya yerləşdirildi

Hyuston şəhərində xəstəxanaya yerləşdirilən ABŞ-ın sabiq prezidenti Corc Buş tibbi müəssisənin reanimasiya şöbəsinə köçürülüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onun vəziyyətinin stabil olduğu bildirilir.

 

NBC telekanalının məlumatına görə, 92 yaşlı C.Buş xəstəxanaya təngnəfəslik səbəbindən yerləşdirilib.

 

Qeyd edək ki, ABŞ-ın 41-ci prezidenti parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.