Dəməşqə partlayış: - 3 ölü, 5 yaralı

Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxtın Al-Midan  rayonunda, polis şöbəsinin qarşısında qeydə alınıb. 

 

Hadisə nəticəsində 3 nəfər ölüb, azı 5 nəfər yaralanıb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir. İnsidentə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.