Milli Məclisin (MM)
deputatı Novruz Aslanov iyunun 4-də seçiciləri ilə görüşmək məqsədilə
İsmayıllı rayonuna növbəti səfərini edib.
Deputatın
qərargahından verilən məlumata görə, MM üzvü İsmayıllı şəhərində
yerləşən qərargahında hər bir seçicini qəbul edib, onların problemləri
ilə maraqlanıb. Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən
müalicə və müayinə, məişət problemlərindən ibarət olub. Qaldırılan
məsələlərlə bağlı deputat müvafiq addımların atılacağını bildirib. Bir
neçə məsələ yerindəcə həll olunub.