Diyarbəkirdəki partlayışda 10 nəfər həlak olub

Diyarbəkirdəki partlayışda ölən və yaralananların sayı açıqlayıb.

 

sabahinfo.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

 

Baş Nazir deyib ki, Diyarbəkir şəhərinin Bağlar rayonunda Terrora qarşı Mübarizə və Çevik Polis Alayının yerləşdiyi binanın qarşısında törədilən partlayış nəticəsində 10 nəfər şəhid olub, yüzlərlə insan yaralanıb.

 

B.Yıldırım terrorla bağlı BMT-nin uyğun müqaviləsinin yenilənməsinin vacibliyini söyləyib.

 

"Uzun zamandır terrora qarşı mübarizə aparırıq. Dünən Diyabəkirdə törədilən partlayış nəticəsində 10 vətəndaşımız şəhid olub, yüzlərcə insanımız yaralanıb.

 

Avropalı dostlarımız bizim terrora qarşı mübarizəmizə baxır, təqdir edir, bəyənir, sonra da evlərinə gedirlər. Əlbəttə, təqdir gözəl bir işdir. Ancaq məsuliyyətə, ağrı-acıların azalmasına şərik olmaq lazımdır”.