Türkiyədə dollar və avro yenidən bahalaşıb.
ANS PRESS-in məlumatına görə, avro və dollar Türkiyə milli valyutası - lirə qarşısında tarixi ucuzlaşma ilə yeni bir rekorda imza atıb. Avro 2,97 lirəni ötərək 2014-cü ilin dekabr ayından bu yana ən yüksək səviyyəyə çıxıb.
ABŞ dolları isə bu səhər birjalarda günə 2,70 lirəni ötüb. Daha sonra yüksəlişə keçən məzənnə 2.73-ü ötərək rekord qırıb.
Xatırladaq ki, iki gün öncə Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Heyəti gözlənilən iclasını keçirib. Dolların ötən həftə ard-arda qırdığı rekordlardan sonra Mərkəz Bank faiz qərarını açıqlayıb.
Türkiyənin baş bankı iclasda lirənin əsas faiz dərəcəsini dəyişdirməyib. Faiz dərəcələri maksimum 10.75%, minumum isə 7.25% olaraq müəyyən olunub. Bu qərardan sonra dollar və avronun məzənnəsi sürətlə bahalaşmağa başlayıb.