Dolları ən baha alan və ən ucuz satan banklar

Oktyabr ayının 13-də  Azərbaycan bankları arasında dolları ən yüksək qiymətlə alan bank "Amrahbank”dır.

sabahinfo.Az Fins.az-a istinadən xəbər verir ki, bu bank Amerika valyutasını 1,5960 manata alır.

Dolların qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank isə adətən olduğu kimi "Yapı Kredi Bank”dır. Bu bankda alış qiyməti 1,5500 manatdır. Dolların ən aşağı satış qiyməti isə "Nikoil Bank”dadır. Bu banklar dolları 1,6020 manata satır. Dolların ən yüksək satış qiyməti isə 1,6625 manatdır. "Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.

Avronun qiymətləri 

Avronu ən baha  "Amrahbank” alır - 1,7540 manat. Avronun ən ucuz götürüldüyü bank isə "Yapı Kredi Bank”dır - 1,6800 manat. Avronu ən ucuz "Nikoil Bank” satır - 1,7700 manat. Avronun ən baha satış qiyməti 1,8313 manat təşkil edir. "Azərbaycan Beynəlxalq Bankı” avronu bu məzənnə ilə satır.