DTX-nın təcridxanasında monitorinq keçirilib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi növbəti monitoriq keçirib. Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında keçirilən monitorinqdə komitənin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev iştirak ediblər. 
Monitorinqin nəticələri barədə saytımıza məlumat verən komitə sədri Elşad Həmidov məqsədin təcridxanada saxlanılma  şəraiti ilə tanışlıq olduğunu bildirir.
Həmidov kameralarda şəxsən olduğunu və saxlanılanların şəraitlə bağlı şikayətlərinin olmadığını diqqətə çatdırdı. Komitə sədri saxlanılanlara müvafiq dövri nəşrlərin verildiyini,kameralarda televizorların işlək vəziyyətdə olduğunu deyir. Saxlanılanların qida rasionu ilə tanış olan monitorinq üzvləri saxlanılanlara yemək zamanı ağ çörək verildiyini,menyüdə isə yeməklə bərabər meyvə və meyvə şirələrinin olduğunu da bildirir.
Monitorinq çərçivəsində DTX-da saxlanılanlar üçün nəzərdə tutulan idman zalına və tibb məntəqəsinə də baş çəkilib.
Elşad Həmidov saxlanılar üçün nəzərdə tutulan tibb məntəqəsinin hər cür müasir tibbi avadanlıqlarla təmin edildiyini bildirməklə onu xüsusi vurğulayır ki, modern stomotoloji aparatları orada görmək onlar üçün xoş sürpriz olub. Monitorinqdə iştirak edənlər  tibb məntəqəsində saxlanılanlar üçün nəzərdə tutulan dərmanların çeşidi və yararlılıq müddəti ilə şəxsən maraqlanmış və bu sahədə də gördüklərindən razı qalmışlar.
Saxlanılan şəxslər üçün idman zalında da monitorinq keçirənlər xoş mənada təəccübləniblər: buradakı qaçış xətti,modern idman trenajorları istənilən saxlanılan şəxsin qrafikə uyğun vaxtda sərəncamına keçə bilir.
Elşad Həmidov bildirir ki,monitorinq çərçivəsində onlar saxlanılan Elşən Mustafayev və digərləri ilə şəxsən görüşüb söhbət aparıblar. Onlar saxlanma şəraitindən narazılıq etməyib,hansısa bir işgəncə faktı ilə üzləşmədiklərini bildiriblər.
Uzun müddət orada saxlanılan şəxslər DTX yaranandan sonra buradakı vəziyyətin keçmiş MTN təcridxanasından müsbət mənada kəskin fərqlndiyini də etiraf ediblər.  
Bunları deyən Həmidov anoloji tədbirlərin digər müəssilərdə də ardıcıl olaraq keçiriləcəyini bildirir.