"Azərbaycan gəncliyi Cənab prezidentin gördüyü bütün işlərin mərkəzində dayanıb”. "Sabahinfo"nun məlumatına görə, belə bir fikirlə millət vəkli Fuad Muradov çıxış edib. F.Muradov gənc nəslin milli-mənəvi ruhda yetişdirilməsinin dövlətin başlıca məqsədi olduğunu deyib. Millət vəkli Azərbaycan gənclərini Dağlıq Qarabağ və qondarma soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində aktiv olmağa çağırıb: "Bu məsələlərin obyektivliyilə bağlı müxtəlif dillərə kitablar tərcümə olunmalıdır. Xüsusilə gənclər bu işdə maraqlı olmalıdırlar, məqsədimiz düşmənlərə qarşı özümüzü gücləndirmək olmalıdır. Heç kəsə güvənmək olmaz, öz ağlımıza, zəkamıza, gələcəyimizə inanıb bu işlərə başlamalıyıq. Sadə işlərdən başlamalıyıq. Avropadan sonra digər dövlətlər də qondarma soyqırım haqqında həqiqətə uyğun olmayan qərarlar verəcəklər. Həm Türkiyə, həm Azərbaycan buna hazır olmalıdır, ruhdan düşməməliyik. Çünki bizim işimiz ədalət üzərində qurulub, biz heç kəsin torpağını işğal etməmişik, heç kəsi öldürməmişik. Ona görə də biz, əmin ola bilərsiz, mütləq Şuşaya qayıdacağıq, mütləq şəkildə orada olacağıq. Bu işləri həyata keçirmək üçün təkcə, danışmaq lazım deyil. Bizim real işlərimiz də var və hazırda həmin işlərin görülməsi davam edir. Cənab prezident dəfələrlə etdiyi çıxışlarında bildirir ki, Azərbaycan heç kəsə baş əyməyəcək. Azərbaycan öz müstəqil siyasi xəttindən kənara çıxmayacaq. Bundan sonra da, ölkəmizin əleyhinə yönəlmiş çox fikirlər eşidəcəyik, biri deyəcək "insan haqları pozulub”, biri deyəcək "demokratiya yoxdur”. Bunlara inanmaq lazım deyil. Bir məsələni bilmək lazımdır ki, dünyada insan haqları deyilən məsələ yoxdur. Sadəcə bundan Azərbaycana qarşı istifadə edib, öz siyasi məqsədlərini həyata keçirmək istəyirlər. Gənclər xüsusilə bu məsələlərdə diqqətli olmalıdırlar”.
“Dünyada insan haqları deyilən məsələ yoxdur” – Millət vəkili