Əfqanıstanda məscidə silahlı hücum olub. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu gün naməlum şəxslər Əfqanıstanın paytaxtı Kabil şəhərində İmam Əli şiə məscidinə daxil olaraq ibadət edənlərə atəş açıb. Atəş sonrası məsciddə partlayış baş verib.
İnsident zamanı ölənlər və yaralananlar olsa da hələlik onların sayı açıqlanmır. Hələlik onların sayı barədə məlumat verilməyib. Təhlükəsizlik qüvvələrinin əməkdaşları hadisə yerindəki insanları təxliyə edirlər. Hadisəyə görə terror qruplaşmalarının heç biri məsuliyyəti üzərinə götürməyib.