Aprelin 20-də İranın Konstitusiyaya Nəzarət Şurası mayın 19-da keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən namizədlərin siyahısını müəyyənləşdirib.
İranın Daxili İşlər Nazirliyində yaradılmış Mərkəzi Seçki Qərargahında qeydə alınan 1600-dən çox namizəddən siyahıda yalnız 6 nəfərin adı saxlanılıb.
Hazırki prezident Həsən Ruhaninin, İshaq Cahangirinin, Məhəmməd Bağır Qalibafın, Haşemi Təbanın, İbrahim Rəisinin, Miri Səliminin namizədlikləri təsdiqlənib.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad seçkilərində iştiraka buraxılmayıb.