Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri və digərlərinin işi üzrə axtarışa verilən şəxslərdən Ayaz Kərimovun barəsində olan cinayət işi üzrə icraat dayandırılıb.
Qeyd edək ki, "Caspian Telekommunications” şirkətinin rəhbəri olan Ayaz Elxan oğlu Kərimovun əmlaklarına da həbs qoyulub.
Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, "Harley Devidson” markalı motosiklet 12.500 manat, "AKEY” MMC-nin adına rəsmiləşdirilmiş "Maserati Quatroporte” markalı avtomobil 155.733.8 manat, "Jaguar XJ” markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.
RYTN-nin keçirdiyi bir neçə tenderin qalibi olmuş "Caspian Telekommunications” şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir.
A. Kərimov həbs olunmadığı üçün barəsində olan cinayət işi ümumi cinayət işindən ayrılaraq ayrı icraata verilib.