Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatı Məclisinin növbədənkənar toplantısı keçirilib.
Virtualaz.org-un məlumatına görə, iclasda Nərimanov rayon təşkilatının sədr müavini Dəyanət Babayev və Gənclər Komitəsinin üzvləri Cavid Musazadə və Ehtiram Mehtiyevin fəaliyyəti müzakirə olunub.
Yekunda onların partiya sıralarından xaric edilməsi barədə qərar qəbul olunub. Məlumatda sözügedən şəxslərin AXCP rəhbəri əleyhinə fəaliyyət göstərdikləri və pozuculuq işləri ilə məşğul olduqları bildirilib.
Nərimanov rayon təşkilatının sədr müavini Dəyanət Babayev "Report"a açıqlamasında bildirib ki, barəsində deyilənlər əsassızdır və onun AXCP-dən çıxarılması partiya rəhbərliyinin sifarişi əsasında olub.
O bildirib ki, partiya qeydiyyatının ləğv edilməsi ilə