Yanvarın 10-da Bərdə rayonu Samux kənd körpələr evi-uşaq bağçasında “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” layihəsinin icmaya ictimai təqdimatı tədbiri keçirildi. Açılış mərasimində layihənin mentoru, təhsil üzrə ekspert Asif Əsgərli, Bərdə rayonu üzrə təhsil sektorunun müdiri Qurban Məmmədov və layihə rəhbəri, təhsil üzrə ekspert Gülnarə Bağırova və digər qonaqlar iştirak edirdilər. Resipiyent, uşaq bağçasının müdiri Aynur Abbasova qısa salamlama çıxışı etdikdən sonra layihənin mentoru Asif Əsgərli PPT slaydlarla layihənin geniş təqdimatını etdi. Təqdimatda bu icma layihəsinin əhəmiyyəti, zərurəti, məqsəd və fəaliyyətləri və görüləcək işlər nümayiş olundu. Sonra qonaqlardan Bərdə rayonu TS müdiri Qurban Məmmədov, layihə rəhbəri Gülnarə Bağırova, valideynlər və kənd sakinləri çıxış edib, layihənin erkən yaşlı uşaqların hərtərəfli inkişafına böyük dəstək olacağını bildirdilər və layihəyə uğurlar arzuladılar.
Qeyd edək ki, layihə fəaliyyətində başlıca olaraq bir neçə məqsəd dayanır: rayon üzrə, o cümlədən, kənd ərazisində məktəbəqədər təhsilə əlçatanlığın artırılması; Valideyn-icma-bağça əməkdaşlığının yaradılması.
İcma əsaslı məktəbəqədər təhsil qrupları vasitəsilə 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması; Məktəbəqədər təhsilin inkişafı nəticəsində ibtidai təhsilin keyfiyyətinin artırılması nəzərdə tutulur.
Layihə çərćivəsində Bərdə rayonunun Samux kəndində məktəbəqədər təhsil müəssisəsi mûaair resurslarla, avadanlîqlarla təmin olunacaq. Bu layihə həmin çatışmazlıqları aradan qaldırmaq və məktəbəqədər təhsil üzrə infrastrukturun yenilənməsi və dəstəklənməsini nəzərdə tutur. Uşaqların sosial və emosional inkişafı: Erkən yaşda keyfiyyətli təhsilə çıxış uşaqların sosial, emosional və kognitiv inkişafına müsbət təsir edir. Bu layihə kənd uşaqlarına bərabər imkanlar yaradacaq və onların gələcəkdə məktəbə və cəmiyyətə daha yaxşı inteqrasiya olunmasına kömək edəcəkdir. Beləliklə, “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” layihəsi, Bərdə rayonunun Samux kəndində məktəbəqədər təhsil problemlərinin həllinə və yerli icmanın inkişafına mühüm töhfə verəcək.