Ərdoğan Baxçalı ilə niyə görüşdü?

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında MHP sədri Dövlət Baxçalını qəbul edib.

sabahinfo.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Baxçalı görüşə əlində sənədlərdən ibarət faylla gəlib və onu Ərdoğana təhvil verib.

Görüş təxminən 1 saat davam edib.

Türkiyə KİV-də yer alan məlumatlara əsasən, görüş təşəbbüsü Ərdoğan tərəfindən baş tutub. O, Konstitusiyada ediləcək dəyişikliyə görə Baxçalıdan da dəstək görmək istəyib. Əgər bu dəstəyi gösməsə, layihə TBMM-ə təqdim olunmayacaq. Türkiyə prezidenti bir növ, bu görüşlə MHP sədrinin fikirlərini öyrənmək istəyib.