Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveytə rəsmi səfərə gəlib.
Sabahinfo.az-ın məlumatına görə, səfər çərçivəsində Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş olacaq.
Görüşlərdə ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq məsələlər müzakirə olunacaq.