Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstana planlaşdırılan səfərini təxirə salıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti dünən İstanbulda baş verən partlayışla əlaqədar Qazaxıstana səfərini təxirə salıb.
Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.