Ərdoğandan Minsk qrupuna sərt təpki: - "25 ildir ki Qarabağ problemini həll edə bilməməsini anlaya bilmirəm"

Minsk qrupunun Qarabağ problemini nizamlaya bilməməsini anlamıram.

sabahinfo.az-ın APA-ya istinadən məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının 14-15 aprel tarixlərində İstanbulda keçirilmiş XIII zirvə konfransından sonra  İƏT baş katibi İyad Madani ilə  keçirdiyi müştərək  mətbuat konfransındakı çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

XIII zirvə konfransını İƏT-nin tarixində  "dönüş nöqtəsi” kimi xarakterizə edən Ərdoğan, əsas diqqət yetiriləcək məsələlər arasında Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi məsələsini xüsusi vurğulayıb. 

"Azərbaycanlı qardaşlarımızın uzun illərdən bəri erməni işğalı altındadır və mən Minsk qrupunun (ABŞ, Rusiya, Fransa), BMT-nin Azərbaycanın lehinə qəbul etdiyi qərarlara baxmayaraq,  25 ildir ki Qarabağ problemini həll edə bilməməsini anlaya bilmirəm. 

 Mən azərbaycanlı qardaşlarımızın  Qarabağda apardıqları mübarizəni dəstəklədiyimizi təkrar ifadə edirəm”, - deyə Türkiyə prezidenti qeyd edib. 

"Bu məsələdə  ciddi addımların atılmasının vacibliyini İslam Əməkdaşlıq Təşkilatı zirvə konfransının bu mətbuat açıqlamasında gündəmə gətirmiş oluruq”, - deyə Ərdoğan qeyd edi