Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək.
Sabahinfo.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ABŞ səfərindən dönən prezidentin səfəri 4 oktyabrda baş tutacaq.
Ərdoğanın İran prezidenti Həsən Ruhani ilə görüşü planlaşdırılıb.
Qeyd edək ki, Ərdoğan çıxışlarında İranın da İraqın şimalındakı kürd muxatariyyətinin müstəqilliklə bağlı referendumuna qarşı olduğu bildirib və bu baxımdan İrana səfərin önəmini vurğulayıb:
"İranın qərarı bizim düşüncəmizlə eynilik təşkil edir. Buna görə də bəzi məsələlərdə gələcək üçün İranla birlikdə addımlar atmalıyıq”.