Ermənistan ABŞ və Avropanı Qarabağla təhdid edir

"Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyəti qismən narahat edir. Çünki münaqişə regionda qeyri-sabit vəziyyət yarada bilər”. Sabahinfo.az-in məlumatına görə, bu barədə Reuters agentliyində dərc olunan məqalədə qeyd edilib.

Müəllif yazıb ki, münaqişə bölgəsinə yaxın ərazilərdən dünya bazarına neft və qaz ixrac edən boru kəmərləri  keçir. Dağlıq Qarabağda münaqişənin gərginləşməsi müəllifin narahatlığına əsaslar olduğunu göstərir. Azərbaycan qeyri-sabit bir regionda yerləşməsinə baxmayaraq müstəqillik əldə etdikdən sonra dünyanın ən böyük qaz və neft layihələrini həyata keçirib.


Bundan başqa, Azərbaycan Bakı-SupsaBakı-Novorossiysk neft kəmərləri, həmçinin Bakı-Tiflis -Ərzurum qaz kəməri layihələrini həyata keçirib.1994-cü il sentyabrın 20-də Azərbaycan neftinin Xəzər dənizindənTürkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəql etmək üçün Bakı – Tiflis – Ceyhan kəmərinin tikintisi ilə bağlı razılıq əldə olunub. Uzun müddət aparılan tikintidan sonra Azərbaycan neftini daşıyan ilk tanker Ceyhandan 2 iyun 2006-cı ildə yola düşüb.

Regionda Dağlıq Qarabağ, AbxaziyaCənubi Osetiya münaqişələrinin hələ də qaldığı dövrdə Azərbaycan Bakı-Tiflis- Qars dəmir yolu və Cənubi Qaz Dəhlizi layihələrini uğurla həyata keçirir. Bu layihələri Azərbaycanla bərabərABŞAvropa BirliyiTürkiyə və digər maraqlı dövlətlər dəstəkləyir.








Bakı-Tiflis-Qars dəmir yolu (qırmızı xəttlə işarələnib)

Həmin dövlətlər də regionda vəziyyətin hər an kəskinləşə biləcəyini başa düşürlər. Aprelin əvvəlində cəbhə xəttində yaşanan gərginlikdən sonra bu eskalasiyanın xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verməsinin daha real oduğunu göstərir. Çünki Azərbaycan 4 gün ərazində işğal altında olan torpaqları azad etməyə hazır olduğunu göstərdi. Belə bir vəziyyətdə isə regiondakı neft və qaz layihələrinin təhlükəsizlik təminatı gündəmə gəlir.


"Bu rayon münaqişə bölgəsinə həm hava, həm də quru yolu ilə ən yaxın ərazidə yerləşir. Hava yolu ilə rayon və cəbhə xətti arasında məsafə  təxminən 13-14 kilomertdir. Qarşı tərəfin ağır silahlardan istifadə etməsi boru kəmərlərinə təhlükə yarada bilər. Ümumiyyətlə, kəmərlər 1 metrdən çox dərinlikdə yerləşdirilir. Amma bu yaxınlarda qarşı tərəfin atdığı mərmi torpaqda 1 metrdan də dərin dəlik açmışdı. Bu isə kəmərlərə birbaşa təhlükə yaradır”, -deyə ekspert bildirdi.Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft üzrə ekspert İlham Şaban ANS PRESS-ə açıqlamasında bildirdi ki, hərbi münaqişələr boru kəmərləri üçün daima təhlükə yaradır. Ekspertin sözlərinə görə, Azərbaycanda boru kəmərlərinin əksəriyyəti Goranboy rayonunun ərazisindən keçir.

Ermənistan ordusunun atdığı mərmi
Ermənistan ordusunun atdığı mərmi

İlham Şaban borulara təhlükənin bariz nümunəsi kimi 2008-ci ilin avqustunda baş verən Gürcüstan – Rusiya müharibəsini göstərdi. O bildirdi ki, Gürcüstan ərazisində yaşanan gərginlik zamanı Azərbaycana məxsus boru kəmərlərinə hücumlar edilməsə də ancaq təhlükəsizlik tədbirlərin görülməsi ilə əlaqədar boru kəmərləri ilə ixracat dayandırıldı.


Əsgərlər sərhədi Gürcüstan ərazisindən keçən Bakı-Supsa kəmərinə tərəf genişləndiriblər. Bu isə kəmərin Gürcüstanın nəzarətindən çıxması təhlükəsini yaradıb. Həmin vaxt Gürcüstan Rusiyaya sərhəd xəttinin dəyişdirilməsi ilə bağlı nota verib.Ümumiyyətlə, 2008-ci ildən sonra da Gürcüstan ərazisindən keçən Bakı-Supsa neft kəmərinə böyük təlhükələr yaradılıb. Ötən ilin avqustunda tanınmamış Cənubi Osetiya respublikası ilə sərhəddə Rusiya əsgərləri tərəfindən Kareli qəsəbəsinin Tamaraşeni və Tseronissa kəndlərində sərhəd nişanlarının yerini dəyişdiriblər.

Gürcüstan və Cənubi Osetiya arasında dağıdılan sərhəd xətti
Gürcüstan və Cənubi Osetiya arasında dağıdılan sərhəd xətti

Bu fakt bir daha göstərir ki, münaqişələrin həll edilməməsi təkcə Azərbaycanın deyil, ölkəmizin neftini alan dövlətlər üçün də böyük təhlükədir. Həmçinin kəmərlərə yaranan təhlükə enerji qiymətlərinə təsirsiz ötüşməyəcək.. Çünki dəfələrlə rast gəlinib ki, hər hansı neft və qaz kəmərində baş verən partayış və texniki problemlər dünya bazarında qiymətlərin qalxmasına təsir edir.

Bu səbəbdən əgər dondurulmuş münaqişələr vaxtında ədalətli həll olunarsa, neft və qaz kəmərləri üçün də təhlükələr aradan qalxar. Ona görə də bu layihələrə maliyyə vəsaiti yatıran və ölkələrinin eneji təhlükəsizliyində maraqlı olan dövlətlər münaqişənin həllində daha çox maraqlı olmalıdır.