Ermənistan Kremldən əlini üzdü

Ermənistan vətəndaşlarının 72 faizi Rusiyadan hərbi köməyi qəbul etməyə hazırdır.


sabahinfo.az Avrasiya İnkişaf Bankının İnteqrasiya Tədqiqatları Mərkəzinin illik tədqiqatında deyilir.


Bu, son beş il ərzində minimal göstəricidir. Ötən il Rusiyadan hərbi yardımı qəbul etməyə hazır olan ermənilərin sayı 10 faiz daha çox idi. Eyni zamanda, Ermənistanda Fransa və ABŞ-dan hərbi köməyi qəbul etməyə hazır olanların sayı cüzi artıb. Bu, müvafiq olaraq 15 (ötən il 14 faiz) və 10 faiz (ötən il 9 faiz) təşkil edir.


Həmçinin respublikada MDB ölkələrindən hərbi köməyi qəbul etməyə hazır olanların da sayı 11 faiz azalaraq, 73 faiz təşkil edib. Ermənistanda əhalinin 17 faizi Avropa İttifaqı ölkələri, 16 faizi isə başqa ölkələrdən hərbi yardımın alınmasına ümid edir.


Bundan başqa, respondentlərin 52 faizi bildirib ki, onlara hərbi kömək edən ölkələr mövcud deyil. Bu göstərici son beş il ərzində maksimumdur və ötən illə müqayisədə 21 faiz daha çoxdur.


Qeyd edək ki, erməni analitik İqor Muradyan dünən yazdığı məqaləsində Qarabağda mümkün müharibə zamanı Ermənistana heç kimin dəstək verməyəcəyini etiraf edib. İqor Muradyan Azərbaycan və Ermənistan arasında müharibə ssenarilərinin iki istiqamətdə ola biləcəyini deyib: "Birincisi, iki ölkə arasında müharibə, ikincisi başqa ölkənin müdaxilə edəcəyi hərbi toqquşma”.


Muradyan etiraf edir ki, hər iki halda Ermənistan təklənmiş olacaq.