Ermənistan məhv olur, dövlətçiliyi çalxalanır

Ermənilərin qaçmasından almanlar dəhşətə gəliblər

 

Almaniyanın "Deutsche Welle” nəşri Ermənistanın ən böyük problemi – artıq böyüklüyünə görə təhlükəli xarakter alan beyin axını barədə reportaj hazırlayıb.

 

sabahinfo.az-ın verdiyi xəbərə görə, reportajda qeyd edilir ki, Ermənistan əhalisinin sayı sürətlə azalır. Gedənlər Ermənistanın daha çox ehtiyacı olanlardır: məhz gənclər və yaxşı təhsil alanlar.

 

Onlardan biri, repotajın qəhrəmanı 26 yaşlı Anait Polşaya getməyə hazırlaşır, orada layihə üzərində işləməyə başlayıb.

 

"Mən vətənimi sevirəm, ancaq mənim qalmaq istəmədiyimi şərtləndirən bir neçə problem var”, - o deyir.

 

Anaitin sözlərinə görə, araşdırma mərkəzində işləməklə Ermənistanda həqiqətən öz karyeranda məqsədlərinə çata bilməzsən.

 

"Mənim dostlarım gediblər: onların yarısı Rusiyadadır, qalanları başqa ölkələrdədir. Mən burada tamamilə təkəm”, - o, qeyd edir.

 

Repotajın müəllifləri dəhşətə gələrək qeyd edirlər ki, son illər güclü mühacirət dalğası yaşanır, ölkəni tərk edən ermənilərin sayı dayanmadan artır.

 

Alman jurnalistlər həyəcan təbili çalırlar ki, ermənilərin ölkədən qaçışı Ermənistanı məhv edir, onun dövlətçiliyini daxildən çalxalayır.

 

Hətta BMT-nin əhali fondunun hesablamalarına görə, hər il Ermənistanı 40-50 min adam tərk edir.

 

Bu fondun ekspertləri iddia edirlər ki, Ermənistan əhalisinin yarıdan çoxu özlərinin və uşaqlarının bu ölkədə  gələcəklərini görmürlər.

 

1988-1991-ci illərdə ermənistanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan adamların öz vətənlərini həmişəlik tərk etmələrinin səbəbi nədir?

 

Sözün həqiqi mənasında səbəb çoxdur. Başlıcası, ildən-ilə yalnız pisləşən sosial-iqtisadi vəziyyətdir. Bu, hökumətə kimin rəhbərlik edib-etməməsindən qətiyyən asılı deyil. İşsizlik, inflyasiya, korrupsiya, inhisarçılıq, sözün əsl mənasında insanları Ermənistandan qaçırdır.

 

İkinci səbəb – təkcə ali məktəb məzunları üçün deyil, yüksək ixtisaslı mütəxəssislərə də perspektivin olmamasıdır. Onlar görürlər ki, Ermənistanda yüksək kabinetlərdəki qohumun olmadan yaxşı əmək haqqı ödəniləcək iş tapmaq, faktiki real deyil. Onlar xilas yolunu mühacirətdə görürlər.

 

Yeri gəlmişkən, digər ölkələrdə Ermənistandan olan mütəxəssislər – qızıla bərabərdirlər.

 

"Mühacirətin miqyasının həddindən artıq olması isə onunla nəticələnib ki, ölkədə iki sinif qalıb – yoxsullar və milyonçular. Orta sinif isə bir təbəqə kimi demək olar ki, tükənib, çünki başalrını götürüb Rusiya və Ukrayna, Avropaya, ABŞ-a, hətta nifrət etdikləri Türkiyəyə gediblər”, - jurnalistlər yazırlar.

 

Ermənistandan beyin axınını həm də cəmiyyətdəki ab-hava məcbur edir, çünki ildən-ilə yalnız pisləşir.

 

Küçələrdə adamların üzlərinə baxın – onların 99 faizi pessimizmə qapılıblar, düşünürlər ki, Ermənistanın iqtisadi gələcəyi yoxdur, deməli mütləq buradan çıxıb getmək lazımdır.

 

Mütləq onu da qeyd etmək lazımdır ki, hakimiyyətə yaranmış vəziyyət sərfəlidir.

 

Axı məhz o adamlar gedirlər ki, digər ölkələrdəki vəziyyətlə Ermənistandakı vəziyyəti müqayisə etmək və öz hüquqsuz vəziyyətlərini düşünməyə qadirdirlər.

 

Ağıllı adamlar həmişə hakimiyyətə çətin suallar verəcəklər, tənqidlər səslənəcək, küçələrə çıxacaqlar və nələrisə tələb edəcəklər. Deməli, onlardan qurtulmaq lazımdır.

 

Budur, Ermənistandakı rejim də bunu edir, çalışır ki, bu cür adamların ölkədən axını getdikcə çoxalsın.