Ermənistan polisi Qarabağa yerləşdirilir

Ermənistan rəhbərliyinin göstərişi ilə xüsusi təyinatlı polis qüvvələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə yerləşdirilir

Bu barədə Ermənistanın `Çorrord İşnahatyun” qəzeti məlumat yayıb.


Məlumata əsasən son günlər paytaxt İrəvan və bölgələrdən Qarabağa çoxlu sayda polis əməkdaşları gətirilib. Faktı Qarabağda yaşayan ermənilər də təsdiqləyiblər.

KİV-in verdiyi xəbərə görə, Ermənistan polisinin xüsusi təyinatlıları komandanlığın rəhbərliyi altında Sərsəng su anbarı ərazisində gücləndirilmiş rejimdə xidmət aparır.