Ermənistan Dağlıq Qarabağdakı separatçı rejimə büdcə kreditinin miqdarını artıracaq.
sabahinfo.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda hökumətin bugünkü iclasında qərar qəbul edilib.
2015-ci ilin dekabr ayındakı qərara görə, Qarabağdakı sepratçılara bu il 47 milyard 267 min dram (100 milyon dollara yaxın) kredit verilib.
Separatçı rejimin büdcə xərclərinin ödənilməsi üçün Ermənistan daha 3 milyard 303,5 milyon dram ayıracaq.