Ermənistanın dövlət borcu pik həddə çatıb

Rəsmi məlumatlara görə, Ermənistanın dövlət borcu 6 milyard 37,4 milyon dollardır.

İlin başlanğıcı ilə müqayisədə bu rəqəm 95,3 milyon dollara yüksəlib və baş nazir Karen Karapetyanın idarəçiliyinin yarım ili ərzində Ermənistan dövlət borcu faktiki olaraq 552,5 milyon dollar artıb.

Qeyd edək ki, bunun ən böyük hissəsi - 5 milyard 514,3 milyon dollar hökümətn borcudur. Halbuki "Dövlət borcu haqqında" Ermənistanın qanununa görə, hökümət borcu ÜDM-in 60 faizindən çox ola bilməz.

2016-cı ildə Ermənistanda adambaşına düşən ÜDM 10,5 milyard dollar, hökümət borcu isə 1 may göstəricisinə əsasən ÜDM-un 52,8 faizini təşkil edib.

azvision.az