2016-cı ilin 8 ayının nəticələrinə görə Ermənistanın dövlət borcu 5,484 milyard dollara çatıb.
sabahinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmin məbləğin 4,541 milyard dolları xarici borcdur.
Beləliklə, Ermənistanın xarici borcu 2016-cı il yanvarın 1-dən bəri 8% (407 milyon dollar), təkcə avqust ayında isə 100 milyon dollar artıb.