Bəşəri missiya üçün Bakı Forumu

Ölkə başçıısının iştirak etdiyi hər tədbir həm ölkədaxili, həm beynəlxalq əhəmiyyətə ma­lik olur, həm də mövzusuna, mahiyyətinə müvafiq siyasi əhəmiyyətə. Son illərdə kəskin­lə­şən, gərginləşən siyasi mühit hər beynəlxalq tədbirə diqqəti xeyli dərəcədə artırır. Azər­baycan kimi mühüm geosiyasi bir məkanda yerləşən, kifayət qədər yüksək siyasi nüfuza, böyük təbii sərvətə, iqtisadi qüdrətə malik olan bir dövlətdə keçirilən beynəlxalq mahiyyətli tədbirlər də həmişə diqqət mərkəzində olub.

İyunun 16-da keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Bakı Forumu da bu baxımdan yaddaqalan oldu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzində keçirilən bu tədbir nizamı pozulmaqda olan dünyada dünya miqyaslı problemlərin araşdırılmasına və həlli yol­la­rı­nın müəyyənlşdirilməsinə, bu baxımdan həllinə istiqamətləndirilib. Bu istiqamətdə müxtəlif miqyaslı, müxtəlif mahiyyətli tədbirlər keçirilsə də, IX Bakı Forumu gələcəkdə mükəmməl is­ti­nad olacaqdır.

Dünyəvi problemlərdən biri böhrandır. Dünyada böhran gözlənilirmi? Gözlənilir. Ondan qurtuluş varmı? Digər müvafiq forumlar kimi, Bakı Forumu da bu mühüm məsələnin araşdırıl­ma­sının vacibliyinin təsdiqi Forumudur.

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Bakı Forumunda Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bütövlükdə düşüncələrimə hopdu...

Bu forum dünya miqyasında qlobal hadisələrin baş verdiyi zamanla səsləşir, yəni həmin hadi­sə­lərin baş verdiyi vaxtda keçirilir. Bu baxımdan bu forumun böyük siyasi əhəmiyyəti var, sonrakı proseslərə təsiri olacaqdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzində qlobal problem­lə­rin həlli yollarının araşdırılması dünyəvi proseslərə Bakının vasitəçiliyi kimi də anlaşıla bilər. Bu Mərkəz indi dünya ictimiyyətinin diqqət mərkəzindədir.

Siyasi maraqlar həmişə müəyyən qarşıdurmalar da yarada bilir, qarşıdurmalar – təh­lükə­lər. Buna görə də təhlükəsizlik məsələləri bütün dövlətlər üçün, deməli dünya üçün həmişə ak­­­­tu­al olub. Müasir şəraitdə dünyanın nizamını pozan qarşıdurmalar, müharibə həddində mü­na­qişələr, müharibələr təhlükəsizlik məsələlərinə daha ciddi diqqət yetirilməsini, daha həssas münasibət göstərilməsini tələb edir. IX Qlobal Bakı Forumu bu diqqətin təzahürü kimi taxir­lə­şir. Hərtərəfli, ciddi, arqumentli müzakirlər bu Forumu məqsədinin dərki baxımından mükəm­məl platformaya çevirir...

Zaman-zaman dünyanı böhranlar bürüyüb. Böhran dövlətin, dövlətlərin, dünyanın niza­mı­nı pozur, iqtisadi durumunu nəzərəçarpacaq səviyyədə zəiflədir. Ona görə də böhran ərə­fə­sin­də qabaqlayıcı tədbirlər görülməsi olduqca vacibdir. Böhranla mübarizədə səlahiyyətli bey­nəl­xalq institutlar, eləcə də maliyyə institutları yaxından iştirak edir. Bu iştirak böhran ərə­fə­si mübarizənin mühüm tərkib hissəsi olur. Ona görə də böhranın yetirə biləcəyi fəsadlar diqqətdə saxlanılmalıdır.Bakı Forumunda bu məslələrə də diqqətlə yanaşıldı.

Qlobal gözlənilməz hadisələr enerji bazarlarında vəziyyətin sabahlarının proqnozlaş­dı­rıl­masını çətinləşdirir. Vəziyyət istehsalçı dövlət ilə istehlakçı dövlət arasında anlaşılmazlıqlar, bu və ya digər səviyyədə narazılıqlar da yaradır. Neftin , eləcə də qazın qiymətinin artması eh­ti­mal edilməyən vəziyyətlər də yarada bilər. Birmənalı şəkildə istehsalçı dövlətlə istehlakçı döv­­lət arasında maraqlar tarazlaşdırılmalıdır. Sabit bazar iqtisadiyyatı üçün bu, son dərəcədə vacibdir.

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan ədalətsiz mühari­bə­yə səbəb oldu. İşğalçı dövlət olan Ermənistan beynəlxalq təşkilatların qətnamələrini yerinə ye­tir­mə­di. Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etməli idi. Xalq buna görə müharibə is­tə­yirdi. Bu müharibə işğalı sonlandıracaqdı. Azərbaycan ədalətli müharibəyə başladı, Vətən mü­haribəsində Zəfər qazandı. Bu Zəfər dünyəvi miqyasda haqqın, ədalətin zəfəri kimi dəyər­lən­­dirildi. Dünya ictimaiyyəti bir daha inandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır...

Vətən müharibəsi başa çatandan sonra işğalçı dövlətin törətdikləri dünya ictimaiy­yə­tinin diqqətinə çatdırılmaqdadır. Heç bir müharibədə bu səviyyədə qəddarlıq, vandalizm ol­ma­yıb. İşğaldan azad edilmiş kəndlərin, şəhərlərin görkəmi təsdiqləyir ki, ermənilik bəşəriyyətin düşmənidir...

Tarixən bütün müharibələr sülhlə nəticələnib. Vətən müharibəsində 2020-ci il noyab­rın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Azərbaycanın qalib, Ermənistanın məğlubiy­yət sənədi idi. Ancaq Ermənistan bu sənədə tam əməl etmir. Niyə? Bu suala həm də Rusiya cavab verməlidir, Bəyanatı imzalayan üçüncü tərəf olaraq...

Sülh prosesi ikitərəfli siyasi anlayışdır. Bu proses onda reallaşır ki, hər iki tərəf ona cid­­di əməl etsin. Üçtərəfli Bəyanat da, qazanılan Zəfərdən sonrakı proseslər də tələb edir ki, daha ərazi iddiası olmamalıdır. Əgər belə bir iddia olarsa, Azərbaycan öz ərazi btövlüyünü qorumaq üçün bütün vasitələrdən istifadə edəcəkdir. Azərbaycan sərhədlərin delimentasiyası ilə bağlı komissiya yaradıb. Bəs Ermənistan? Ləngimənin səbəbi, yaxud səbəbləri nədir?

Beynəlxalq təşkilatlar illərlə işğalçı dövləti qəbul edilmiş qətnamələri yerinə yetirməyə məc­bur edə bilmədi. ATƏT-in Minsk qrupunun fəaliyyətsiz fəaliyyəti də heç nəyə nail ola bil­mədi. Münaqişəni Azərbaycan Ordusu həll etdi. Azərbaycan Respublikası Prezidentinin dö­yüş əmri ilə. Azərbaycan Ordusu qalib gəldi. Bu döyüş ruhun döyüşü idi, bu qələbə ruhun qələbəsi oldu. Qələbədən sonra ATƏT-in Minsk qrupuna ehtiyac varmı? Olmayan münaqişə­nin həllinə maraq göstərən bu qurumun niyyəti nədir? Azərbaycana belə bir qurum lazım deyil!..

Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh mü­qa­­vi­lə­si imzalamalıyıq. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qru­pu­nun fəaliyyətinə artıq ehtiyac yoxdur. Minsk qrupu funksiyasını itirib” kəlamları bu istiqa­mətdə ən real siyasi qiymət kimi qəbul edilməlidir...

“Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırna­qa­rası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb”. Ölkə başçısının bu fikri Ermənistanın da, onun mövqeyinə “can yandıranların da” xarici siyasətində tərpəniş, bəşəriliyə meyil yaratmalıdır...

“Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq” – kəlamı qarşı tərəfi ciddi düşündürməlidir...

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu bəşəri mis­si­ya­nın Forumu kimi tarixləşir. Həm də Azərbaycanda, Bakıda...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı