Rusiyanın Narvadakı baş konsulu Dmitri Kazennov və konsul Andrey Surqaev Estoniyadan çıxarılıb.
Bunu Estoniya XİN-in rəsmi nümayəndəsi Sandra Kamilova bildirib.
"Estoniya XİN Kazennov və Surqaevin Estoniyadan çıxarılacaq”, - deyə Kamilova bəyan edib.
Nazirlik bu qərarın hansı səbəbdən verildiyini açıqlamayıb.
Rusiya XİN öz növbəsində bəyan edib ki, rusiyalı diplomatların ölkədən çıxarılması cavabsız qalmayacaq.(azvision)