“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdış başa çatdıqdan sonra ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2 dəfədən çox artacağı gözlənilir”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Bu, xalqımızın firəvan həyat tərzini təmin etməyə imkan verəcək”, - o, qeyd edib.
“Azərbaycanın iqtisadi inkişafının nəticəsi olaraq gələn il 66 şəhər və rayondan cəmi 8-i üzrə mərkəzləşdirilmiş xərclər nəzərdə tutulur. Bu il isə 55 şəhər və rayon xərcini özü ödəyir. Yaxın keçmişdə bu sahədə vəziyyət elə də ürəkaçan olmayıb”, - komitə sədri əlavə edib.